Nida.az
İŞİD zülmü altındakı azərbaycanlılar Bakıya səsləndi: “Bizi qurtarın”
“İraq türkmanları İŞİD terroru qarşısında çətin durumda qalıb. Belə bir vəziyyətdə yardım üçün ağıla ilk olaraq iki ölkə gəlir. Türkiyə və soy-kök baxımından türkmanlara daha yaxın olan Azərbaycan”.
Bu barədə Publika.az-a açıqlamasında Kərkükdə
yaşayan türkman jurnalist Özdemir Hürmüzlü bildirib.
Onun sözlərinə görə, türkmanlar aylardır İŞİD zülmündən əziyyət
çəkir: “Bir çoxları köçüb gedir, bir çoxları isə İŞİD tərəfindən
öldürülüb. Biz təbii olaraq yanımızda olanlardan dəstək gözləyirik.
Yanımızda olan Bağdad hökuməti heç bir yardım etmir. Bizim ümidimiz
qan qardaşlarımız olan türklərdir. İlk növbədə Türkiyədən yardım
gözləyirik.
Amma Türkiyənin xarici siyasətində türkmanlarla bağlı məsələlər, demək olar ki, yoxdur. Buna görə də Türkiyədən yalnız humanitar yardım almışıq. Bizim ümid etdiyimiz əsas ölkələr sırasında Azərbaycan birinci yerdədir. Çünki İraq türkmanları kök, mədəniyyət, dil baxımından azərbaycanlılara daha yaxındır. Azərbaycana gedərkən biz özümüzü evimizdəki kimi hiss edir, Bakıda olarkən sanki Kərkükdəyik kimi qəbul edirik. 8 aydır məruz qaldığımız İŞİD zülmünə qarşı Azərbaycan bizə yardım etməlidir. Biz öz qardaşlarımızdan bunu gözləyirik”.
Asif Nərimanlı
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO