Bilgi.az
Azərbaycanda yumurtadan 4 ayaqlı cücə çıxdı - VİDEO
Bərdədə yumurtadan çıxan cücə digərlərindən 4 ayağı
olmasına görə fərqlənib. Görənləri təəcübləndirən əlavə ayaqlar isə
cücənin yeriməsini çətinləşdirir.
ANS TV-nin məlumatına görə, Bərdənin Alaçadırlı kəndinin sakini
Zeynəb Rzayeva 3 ildir şəxsi təsərrüfatında müxtəlif ev quşları
bəsləyir. Əksər hallarda ev quşlarını öz təsərrüfatında yetişdirən
Zeynəb xanım bəzən də rayondakı cücə sexlərində aldığını deyir.
Ötən həftə isə də aldığı cücələrdən birinin 4 ayağı olduğunu 3 gün
sonra görüb. İndiyə qədər belə hala rast gəlmədiyini deyən
təsərrüfat sahibi bunu möcüzə adlandırır.
"O cücələrdən biraz fərqlənir. Ancaq yeməyi yaxşıdı. Ancaq elə bil
yerişində bir az fərq var", – deyə Zeynəb Rzayeva bildirib.
Mütəxəssislər bu cür halların nadir hallarda baş verdiyini söyləsə
də, burada heç bir möcüzənin olmadığını deyirlər. Onlar sadəcə
olaraq yumurtadakı toxumda normal inkişafın getməmsilə
əlaqələndirir.
Baytar Hafiz Məmmədov deyir ki, bu cür hallar tez-tez deyil, nadir
hallarda baş verir.
Bərdə rayon baytarlıq idarəsində onu da bidirdilər ki, bu cür
anormal halların baş verdiyi heyvanların yaşamaq şansı aşağı
olur.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi