Narkoman məhəllə sakinimiz
Bizi izləyin

Digər

Narkoman məhəllə sakinimiz

İnsan yer kürəsində gözünü açır, cəmiyyətin içində özünü tapır. İlk olaraq insan şüuru tərtəmiz, saf olur. Sonralar şüur dolmağa başlayır. İstər informasiyalar olsun, istərsə də elm onun şüurunu qarışdırır. Telefonumuzun, komputerimizin yaddaş kartı dolduğu kimi, beynimiz də yetərincə dolur.

Format istəyir. Texniki cihazlara nə var ki?! Silirsən, viruslar yoxa çıxır. İnsanın yaşadıqları, gördükləri, öyrəndikləri yaddaşına həkk olunur və silinmir. Bəzən isə şüur itirmə halları baş verir. Yəni hansısa qəza nəticəsində, tramva sonrası hafizənin itirilməsi müşahidə olunur. İnsan püxtələşdikcə, həyatı daha yaxşı dərk edikcə dünyadan nifrət edir. Pessimizmə sürüklənir. Belə olan halda içkiyə, narkotikdən istifadə etməyə başlayır. Bəhs etmək istədiyim mövzu narkotikin insan həyatına daxil olmasındandır.

İlk öncə qeyd edim ki, narkomaniya yunan sözüdür. Mənası bihuşluq, asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər tiryəkdən həvəsləndirirci, eləcə də sakitləşdirirci vasitələrin hazırlanmasında istifadə etmişlər.

Məlumdur ki, narkotiklər, cinayətkarlıq və zorakılıq arasında birbaşa əlaqə mövcuddur. Cəmiyyət arasında narkomana birmənalı yanaşmalar xeyli dərəcədədir. Ümumən insan orqanizminə ziyan vuran maddələr insanı ölümə daha tez bir şəkildə yaxınlaşdırır. Narkotik kartelləri dövlət hakimiyyətini korrupsiyaya sürükləməklə bərabər, qanuni biznes fəaliyyətini də sarsıdır. Narkotiklərin qanunsuz dövriyyəsindən daxil olan gəlirlər ən qanlı münaqişələrin də maliyyələşdirilməsi üçün istifadə olunur.

Bir haşiyəyə çıxmaq istərdim. Deməli, bizim qəsəbədə narkoman bir xaxol yaşayırdı. Adı Danil idi. Hər dəfə onun görkəmindən çəkinirdim. Gözlərinin altı qara, saçları uzun və dağınıq. Geyimi isə tam səfil günündə. Bəzən internet klubda rastlaşırdıq. Deyirdim get vətəninə, buralarda ölüb eləyərsən... Susqunluğunu qoruyardı. Xəfif təbəssümü anlaşılmaz dərəcədə kədərli idi...

Sözüm ondadır ki, Danil bütün həyatını narkotikə həsr etmişdi. Əvvəllər mühəndis kimi işləmiş, sosial bir həyat yaşamışdı. Ancaq narkotik onun dizlərini yerə gətirmişdi.

Bir dəfə xəbər gəldi ki, Danil ölüb. Onun ölümü, küçə itinin ölümündən fərqlənmirdi. Çox ağır səslənsə də, həqiqət bu idi. Meyiti bir həftə evdə iylənmişdi. Məhz ifunət qoxusu qonşuları şübhələndirmişdi. Deyilənə görə, günlərcə evində qalıb. Onun Bakıda heç bir dostu, qohum-əqrəbası yox idi.

Göründüyü kimi, cəmiyyət narkomanı heç adam yerinə də qoymur. Ona şiddətlə nifrət edir, kin bəsləyir. Fikrimcə, bu nifrət yanlışdır. Axı o da insandır, ona mərhəmət, sevgi lazımdır.

Nəsə, qayıdaq narkoman insanın necə həyat tərzi keçirməsinə. Demək olar, narkomanların həyat tərzi bir-birinə bənzəyir, yəni standart olur. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir gösərən və tez bir zamanda aslılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir. Artıq xəstə olan narkoman özünü idarə edə bilmir və cəmiyyətdən tədricən uzaqlaşır. Zaman keçdikcə dünyadan da təcrid olunur. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilir. Belə olan halda milyonlarca norkomana daha yeni xəstələr qoşulur.

Narkomaniya, bəşəriyyətin, insanın qatili, əzrayılıdr. Təəssüf ki, dünyada milyonlarca narkoman var. İllər keçdikcə də sayları artır. Narkotikə qarşı müxtəlif təşkilatlar mövcuddur. Ancaq əfsuslar olsun ki, qarşısı alınmır. Narkotiki dəstəkləyən görünməz qüvvələr amallarına çataraq təbliğatlarını gücləndirirlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm