Digər
Ərdoğan seçkilərə Qafqaz mahnısı ilə gedir - VİDEO
Türkiyə Baş naziri Rəcəp Təyyip Ərdoğan bələdiyyə seçkilərinə AKP
namizədlərinin açıqlanması məqsədilə “Ankara Arena”da toplantı
keçirib. Toplantıda 30 mart bələdiyyə seçkilərində kampaniyada
istifadə olunacaq mahnıların da təqdimatı keçirilib.
Seçkilərdə ilk səslənəcək mahnının adı “Daim eşq, daim Xidmət”dir. Seçki mahnıları arasında kürd və türk dillərində səslənəcək parçalar da var.
Noğay türklərinə aid olan və dombra( tənbur ) üstündə ifa olunan
mahnı da AKP-nin seçki kampaniyasında istifadə olunacaq. Lakin
Ərdoğan üçün yazılan mahnının nəqarət hissəsində dəyişiklik
aparılaraq,
“Göründüyü kimi olan,
Gücünü millətdən alan,
Rəcəp Təyyib Ərdoğan”
“Məzlumlara sirdaş olan,
Qəriblərə yoldaş olan,
Rəcəp Tayyip Ərdoğan”
formasına salınıb.
Mahnının təqdimatından sonra sosial mediada böyük bir müzakirə açılıb. Mahnıda Orta Asiyadan motivlər olması və millətçi kimi tanına Uğur İşılak tərəfindən səsləndirilməsi bəzi millətçiləri hisrləndirib. “Millətçiliyi ayaqlarımın altına alıram” deyən Ərdoğanın bu həmlə ilə millətçilərin könlünü almağa çalışdığını deyənlər Ərdoğanın MHP haqqında internetdə yayımlanan sözlərinin də bu kliplə unutdurmağa çalışdığını iddia edirlər.
Müəyyən qruplarsa mahnının uyğunlaşdırma deyil, noğaylardan oğurlandığını iddia edərək orijinal musiqinin səsləndiyi Çingiz xan filimdəki savaş səhnələrini paylaşıblar.
Qeyd edək ki, tənbur qədim türk xalqlarının aləti olmaqla yanaşı, bu gün Azərbaycanın Balakən-Zaqatala bölgəsində hələ də qorunub saxlanılır-həm də qıpçaq xalqlarında olduğu kimim dombur-dombra adı ilə.
Mahnının orijinalı belədir:
Asif Nərimanlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ