Zabit Səmədov “Yaşasın Azərbaycan!” deyib qalib oldu
Bizi izləyin

İdman

Zabit Səmədov “Yaşasın Azərbaycan!” deyib qalib oldu

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub.

"Report"un məlumatına görə, 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb.

O, şotlandiyalı ulduz Stiv Makkinnonu yenib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Mükafatlandırma mərasimində söz alan Səmədov: "Yaşasın Azərbaycan! Çox sağ olun ki, gəldiniz, bizi dəstəklədiniz. Həmyerlilərimə xüsusi minnətdarlığımı bildirirəm" deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm