Dünya
Rusiyada 400 minlik amnistiya gözlənilir
Rusiyanın Dövlət Duması Nasist almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə amnistiya elan edib.
Rəsmi məlumatlara görə, amnistiya 260 mindən 400 minədək adama şamil edilə bilər. Amma hüquq müdafiəçiləri bunun bir neçə dəfə az adama şamil olacağını deyirlər.
Dövlət Duması cümə günü prezidentin təqdim etdiyi qərarı dərhal 2-ci və 3-cü oxunuşda qəbul edib.
Qərar dərc edilən kimi qüvvəyə minəcək. Duma müzakirələr zamanı amnistiyanın “Bolotnaya” məsələsi ilə bağlı həbs olunanlara da şamil edilməsi ilə bağlı “Ədalətli Rusiya” partiyasından olan deputatların təklifini rədd edib.
Amnistiyanın əsasən ilk dəfə mühakimə olunanlar, çox da böyük olmayan orta-ağır cinayətlər törədənlərə, ölkə qarşısında xidməti olanlar, müharibə iştirakçıları, Əfqanıstan, Çeçenistan və Şimali Qafqazdakı hərbi əməliyyatlar, habelə Çernobl faciəsinin aradan qaldırılmasında iştirak edənlər, azyaşlılar, qadınlar, körpə, təkvə əlil uşaqları olanlar, 50 yaşdan yuxarı qadın və kişilər və xəstəliyi olanlara şamil ediləcəyi gözlənilir.
Amma Navalny qardaşları bu amnistiyaya düşməyəcək.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?