Bakı 2015
Bu gün Bakı-2015-in məşəli yandırılacaq
Bu gün “Baki-2015” ilk Avropa Oyunlarının məşəli
yandırılacaq.
Publika.az-ın məlumatına görə, tədbir saat 20:00-da Bakının
Suraxanı qəsəbəsindəki "Atəşgah" Od Məbədində təşkil olunacaq.
Mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də
qatılacaq.
Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə
Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış
mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.
Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda
təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını
“Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya
Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin
daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın
qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov
festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət
ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi