Bakı 2015
Bakı-2015: Naxçıvandan reportaj
İlk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin səyahətinə start verilib. Dünən Atəşgahda alovlandırılan məşəl ilk səfərinə çıxıb.
Publika.az xəbər verir ki, bu gün səhər Naxçıvana aparılan məşəl artıq Muxtar Respublikaya çatıb. Yarışın rəmzini dünən Azərbaycan Prezidenti İlham Əliyevdən alan estafetin ilk iştirakçısı, olimpiya çempionu Rəfiqə Şabanova təyyarə ilə aparılan məşəllə Naxçıvan hava limanına enib.
Burada Alov festivalının keçirilməsi nəzərdə tutulub. Məşəl estafeti saat 19:45-də başlayacaq.
1 saat davam edəcək estafet saat 20:45-də başlayacaq Alov festivalı ilə davam edəcək. Tədbir Naxçıvandakı Heydər Əliyev adına meydanda baş tutacaq. Festival saat 22:05-ə qədər davam edəcək. Tədbir çərçivəsində Naxçıvan idmançıları və incəsənət xadimləri məşəl estafetinə qoşulacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub.
Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-da məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi






















.jpg)













