Bakı 2015
Polşada “Heydər Əliyev polyakların gözü ilə” və “Bakı-2015: birinci Avropa Oyunları” sərgisi açılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Polşada “Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi keçirib.
Assosiasiyanın sədri Səbuhi Abbasov AZƏRTAC-a bildirib ki, Varşava şəhərinin iki əsas hərəkətli küçəsində təşkil olunan sərgi Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, “Bakı-2015” birinci Avropa Oyunları və bütövlükdə Azərbaycan haqqında həqiqətlərin Polşa ictimaiyyətinə çatdırılması məqsədilə təşkil edilib.
Səbuhi Abbasov qeyd edib ki, 4 panel üzrə təşkil olunan sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda Gül bayramı, müasir və inkişaf edən Azərbaycan, “Bakı-2015” birinci Avropa Oyunlar ilə bağlı materiallar yer alıb.
Sərgiyə gələn polyaklara birinci Avropa oyunları ilə bağlı müxtəlif rekvizitlər (papaq, köynək, idman dəsti, buklet, reklam çapları və s.) hədiyyə olunub. Ümumilikdə 30-dan artıq eksponat şəhərin iki hərəkətli küçəsində polyaklara təqdim edilib. Bundan başqa, “Bakı-2015” ilk Avropa Oyunları haqqında 300-dək disk, üzərində “Bakı 2015 ilk Avropa Oyunları” yazısı olan 100-dək papaq və mayka, “Bakı 2015” yazısı olan 20 ədəd fincan, Azərbaycan haqqında 500-dək buklet, 50-yə yaxın parça və elektron bayraqlar iştirakçılara paylanılıb.
Sərginin təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov və ASGA Polşa nümayəndəliyinin bir sıra üzvləridir.
“Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi