İki avtomobil toqquşdu, Türkiyə vətəndaşı öldü
Bizi izləyin

Hadisə

İki avtomobil toqquşdu, Türkiyə vətəndaşı öldü

Hacıqabulda “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobili toqquşub, sürücü ölüb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Haciqabul rayonu, Muğan qəsəbəsində “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobili toqquşub. Nəticədə, “VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm