Qırmızı.az
Bu çimərliklər təhlükəlidir - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərdə aparılan monitorinqlərin nəticəsini açıqlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının
kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı
qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində,
eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində
beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab
sutəmizləyici qurğu quraşdırıb.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların
quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə
2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı
alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən
dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici
qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan
çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son illər ərzində
qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen
bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə
çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan
çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu
kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil
qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan
çirklənmə qeydə alınıb.
Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları
müvafiq norma və standartlara uyğun təmizlənmədən və
zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə
bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı
normadan artıq müəyyən olunub. Qeyd olunan qəsəbələrin sahil
zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil
qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən
başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə
yararlıdır.
Qeyd edək ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu