Hadisə
17 yaşlı qız özünü bıçaqladı - Şəkidə
Ötən gecə Şəkidə 17 yaşlı qız bıçaq yarası ilə
xəstəxanaya yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, hadisə rayonun Böyük Dəhnə
kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Təranə İslam
qızı Məmmədova qarın nahiyəsindən aldığı bıçaq xəsarətilə ağır
vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər dərhal xəstəyə yardım
göstəriblər və onun həyatı xilas olunub.
Qızın anasının sözlərinə görə, Təranə Məmmədova özü-özünü
bıçaqlayıb. Qız anası ilə mübahisə etdikdən sonra mətbəxtə gedib və
oradan bıçaq götürərək özünü yaralayıb.
Təranə Məmmədova evin yeganə qızıdır. Onun iki qardaşı var. Ailə
başçısı isə Rusiya Federasiyasında işləyir.
T.Məmmədovanın uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkdiyi
bildirilir.
Qızın dindirilməsindən sonra onun bıçaqlanma səbəbləri dəqiq
məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO