Sumqayıtda silsilə uşaq oğurluğu xəbərlərinin gizlinləri
Bizi izləyin

Oğru dünyası

Sumqayıtda silsilə uşaq oğurluğu xəbərlərinin gizlinləri

Sumqayıtda uşaq oğurluğu və orqan mafiyası ilə bağlı bəzi mətbu orqanlarda iki aya yaxın silsilə yazılar getdi. Yazılarda heç bir valideyn adı və soyadı çəkilmir. Sosial şəbəkələrdə paylaşılan fotoda isə bir qadın təsviri var. Əlində 5-6 yaşlı oğlan uşağının fotosu olan plakat tutur. Bu foto internetdən götürülmüşdü. Fotodakı uşaq isə avropalı idi.

Adsız, soyadsız müsahibə verən valideynlər övladlarını bir böyrəyi çıxarılmış vəziyyətdə evlərinin qarşısından tapdıqlarını deyirdilər.

Silsilə yazıların davamı bir müddətdir ki, gəlmir. Bütün bunların Avroviziya ərəfəsində baş verməsi isə müəmmalı idi.

İddiaların çoxunda göstərilir ki, günün günortasında həyətda oynayan uşağı iki oğlan oğurlayıb. Başqa iddialara görə isə uşaqları məktəbin həyətindən oğurlayıblar.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırovun sözlərinə görə, heç bir oğurluqdan söhbət gedə bilməz. Məktəblərdə belə bir fakta rast gəlinməyib. Hansısa uşağın oğurlanması ilə bağlı şikayətlə isə ümumiyyətlə qarşılaşmayıblar.

Uroloq Təhminə Abbasovanın bildirdiyinə görə, böyrəyi çıxarılmış azyaşlının orqanizmi özünü nə qədər tez bərpa edə bilsə də, bu proses xeyli zaman alır. Nəzərə alsaq ki, söhbət burda hansısa orqan mafiyasından gedir, yəqin ki, orda

bütün tibbi qaydalara əməl edilmiş cərrahiyə əməliyyatından söhbət gedə bilməz. Ən əsası isə orqan nəqli ən çətin əməliyyatlar kateqoriyasına aiddir. Konkret analizlər, uyğunlaşdırmalar olmasa, bir şəxsin orqanını digərinə köçürmək qeyri-mümkündür.

Sumqayıt Şəhər Polis İdarəsi rəisinin birinci müavini Azər Cahangirov deyir ki, belə bir fakt qeydə alınmayıb:

"Yayılan xəbərlər doğru deyil. Polis idarəsinə müraciət edən bircə nəfər valideyn belə yoxdur".

Sumqayıt şəhər sakinləri arasında dünən apardığımız söhbətdən belə məlum oldu ki, bu cür xəbərlərin Avroviziya ərəfəsində yayılması təsadüfi deyil. Sakinlərin fikrincə, şəhərdə müəyyən qruplaşmalar tərəfindən belə xəbərlər süni şəkildə yayılırmış. Məqsəd isə Avroiziyaya az müddət qalmış ajiotaj yaratmaq olub. Şəkilləri yayılan uşaqlar isə real ailələrin övladları deyil. O fotolar xarici internet portallarından götürülüb. Qəzetlərdə söz-söhbətlər yayılsa da, qonşularda və ya uzaq məhəllələrdə övladları itən ailə tanımırlar.

Nəticə də onu göstərir ki, Avroviziya ərəfəsində yayılan bu tipli xəbərlər təsdiqini tapmadı. İnsanların hissiyyatı ilə oynamağa hesablanmış bu materialların dərci müsabiqə bitən kimi dayandırıldı.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm