Günün ULDUZ FALI: səbriniz tükənsə belə...
Bizi izləyin

Günün ULDUZ FALI: səbriniz tükənsə belə...

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günlə bağlı böyük gözləntiləriniz olmasın. Əməkdaşlığına dəyər verdiyiniz tərəfdaşa qarşı iddiaları və iradları minimuma endirin. Problemlərin işin gedişatında əhəmiyyətli çatışmazlıqları üzə çıxardığı məqamlarda qərarlar və tədbirlər radikal ola bilər. İşlərinizdə və münasibətlərdə eksperimentlərə təşəbbüs göstərməyin.

Təhlükəsizliyinizin təminatını düşünün. Təlimatları və qaydaları pozmayın. Tanımadığınız yerlərdə axşam saatlarında dolaşmayın. Ətrafınızdakı insanları mövqeyinizi qəbul etməyə, bölüşməyə vadar etməyin.

İşlərin gedişatına yarıtmaz düzəlişlər etməyin. Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın.

Buğa - ətrafınızdakı insanlar diqqət mərkəzinizdə olan situasiyanın mahiyyətini görməyə şərait yaradacaqlar. Potensialınızdan yararlanın, prinsiplərinizə xəyanət etməyin.

İşlərin gedişatını nizama salmaq üçün səbatlı mövqedə qalın. Yaxın gələcəkdəki işə hazırlaşın. Çünki az sonra status-kvonu qorumaq üçün həvəs və istəyiniz olmayacaq.

Təhlükəsizliyinizi təmin edin. Yaxınlarınızın qeydinə qalın.

Məsləhətlərə qulaq asın. Tərəfdaş və şəriklərin əsas işdən kənar durmalarına yol verməyin.

Əkizlər - bu gün yaxşı heç nə vəd etmir. Situasiya ilə barışın, uğursuzluğa səbəb olan məqamlara kəskin etiraz etməyin. Əldə etməkdən daha çox verməli olacaqsınız. Şərtlərin nəzərə almaması səhhətinizə mənfi təsir edə bilər. İntensiv rejimdə çalışaraq yorulmalı olacaqsınız. Tanışlardan biri köhnə vədi xatırladacaq.

İmkan varsa, mühüm görüş və ya görüşü sabahkı günədək təxirə salın. Emosional vurnuxmalar, zəiflik, nervoz davranış sizə planlaşdırılan işi görməyə mane olacaq.

Mümkün qədər çox fiziki iş görərək stressdən qurtulun. Rasionunuza fikir verin.

Xərçəng - bütün cəbhələrdə uğur qazanmaq istəyirsinizsə, səhhətiniz ağır zərbəyə məruz qala bilər. Maraq dairəinizi həll etməyə çalışdığınız məsələlərlə məhdudlaşdırın. Fəqət, başladığınız hər işi mütləq başa vurmağa çalışın.

Ətrafınızdakı insanlarda əlverişli təklifər alar bilərsiniz. Cari fəaliyyətdə yeni ideyalar axtarışı stimullaşacaq. Planlarınızı reallaşdırmaq üçün yeni müttəfiqi sizdən uzaqda olan insanın sayəsində qazanacaqsınız.

İntellektual və fiziki yükü ifrata çatdırmayın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Şir - işgüzar aktivliyi həddən artıq intensivləşdirməyin. Məqsədə sürətlə çatmaq istəyini ətrafınızdakı insanların gözləntilərinə uyğunlaşdırmağa çalışın. İşdə rəhbərliyin, evdə valideynlərin məsləhətlərinə diqqətlə qulaq asın.

Statusu olan və ya ailə ierarxiyasında yüksək yer tutan insan öz mövqeyini, baxışlarını sizə qəbul etdirməyə çalışacaq. Soyuqqanlı davransanız, yaşananlardan faydalana bilərsiniz.

Şəxsi maraqlarınız sizin fikrinizi qata bilər. Özünüzün və ətrafınızdakı insanların əhvalını korlamayın.

Qız - ətrafınızda olanlardan biri hissləriniz və maraqlarınız hesabına mövqeyini möhkəmlətməyə çalışır. Narazılıq, yığılan gərginlik aktivləşərək aşkar qarşıdurmaya çevrilə bilər. Münaqişə üçün kiçik qığılcım yetər. İşlər istədiyiniz sürətlə irəliləmir.

Ev işləri,məişət qayğılarını unutmayın. Yaxınlarınızla ünsiyyət, açıq havada gəzinti xoş emosiyalar bəxş edəcək.

Şəxsi münasibətlərdə gərginlik yaratmayın. Sizi narahat edən məsələ ilə bağlı həssaslıqla danışın. Səmimiyyət sözlərdən önəmlidir.

Tərəzi - qarışıq, təbəddülatlı gündür. Çox görüşlər keçirməli, məlumat almalı, informasiyaları təhlil etməlisiniz. Mübahisələrə qatılmayın - onlarda heç bir fayda yoxdur. Münaqişəli situasiyalarda kimin haqlı olduğunu anlamaq asan deyil. Ən yaxşısı odur ki, cari işə fikir verin, xırdalıqları diqqətdən qaçırmayın.

Kiçik təmirlə məşğul olmaq, nasaz alət və avadanlıqdan qurtulmaq olar. Alış-veriş üçün əlverişli gün deyil.

İstənilən rəqabət imicinizə bir daha fikir vermək üçün səbəbdir. Axşam saatlarını ünsiyyəti xoş saydığınız insanlarla keçirin.

Əqrəb - yaşam sizi müəyyən çərçivəyə salır. Bu da sizə zamanınızı asudə planlaşdırmağa və görmək istədiyiniz işi seçməyə mane olur. İddiaların səviyyəsini aşağı salın. Mümkün qədər çox iş görməyə çalışın. Hansısa illüziyanın darmadağın olması nəticəsində perspektivlərə daha aydın baxacaqsınız.

Ətrafınızdakı insanlarda süstlük və inad görürsünüz. Başqalarının çatışmazlıqlarını görün, amma sərt tənqidə varmayın. Səylərin birləşdirilməsi, güzəşt axtarışı və işlərin təminatı daha optimal davranışdır.

Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında qonaq gedə bilərsiniz.

Oxatan - planlar qurun, arzulayın, oynamaq istədiyiniz partiyanın fiqurlarını tərpədin. Heyət, iştirakçılar, prioritetləriniz və məqsədləriniz dəyişir. Diqqətinizi yeni obyektə yönəldə biləcək tanışlıq ola bilər. Maddi perspektivlərə dəyişikliklər edin.

Başqalarının problemlərinə müdaxilə, çağırış olmadan yardım etmək cəhdi, kiməsə hamilik etmək istəyi çox pis nəticələr verə bilər. Yeni problemlər qazanmayın. Onları çözmək xeyli vaxt alacaq.

İzafi gərginlik tələb etməyən işlərlə məşğul olun. Mütləq valideynlərlə təmasda olun. Onların sizin qayğınıza və diqqətinizə ehtiyacı var.

Yaşam arealını nizamlayın.

Oğlaq - yaşamın sakit ritmini pozmayın. Çox çalışın, sağlam qidalanın. Faydalı vərdişlər əxz edin. Tamahınıza qul olmayın. Ətrafınızdakı insanlardan biri maraqlarınıza qarşı çıxaraq əhvalınızı korlamağa çalışacaq. Emosional problemlərinizi yola qoymaq asan deyil.

Özünüz də həddən artıq inadkar və adamayovuşmaz olmayın.

İşləri əvvəlcədən plandaşdırın. Kənar təzyiqlərlə təsirlərə uymayın.

Baş verənləri diqqətlə izləyin. Sizi narahat edən məqam, məşğul olduğunuz iş önəmlidir. Bunu görməməzdən gəlməyin.

Dolça - birmənalı olmayan gündür. Uğur qazanmaqla yanaşı, uğursuzluğa düçar da ola bilərsiniz. Niyyətlər müqavimətlə üzləşəcək. Yaxın ətrafınızdakı adamlardan biri heç bir motivasiya olmadan vədlərinə əməl etmək istəməyəcək. Aktiv işləyin, fəal olun.

Yaşam arealını qaydaya salın. Yaxın ətrafınızdakı insanlar sizi müdafiəçi, problemlərdən xilas edən insan sayırlar. Bu səbəbdən də işlərinin bir qismini sizə həvalə etməyə çalışırlar. Başqasının əvəzinə qərar qəbul etməli, iş görməli olacaqsınız.

İntiriqaların gücləndiyi və əsəblərin tarıma çəkildiyi məqamlarda əsəbiləşməyin. Kimlərsə emosional oyunlara başlayaraq sizin hesabınıza irəliləmək istəyir.

Balıqlar - nüfuzlu fiqurlarla münasibətlərdə sərtlik nümayiş etdirməyin.

Sizə elə gələ bilər ki, təzyiqlərə məruz qalırsınız. Yaxın ətrafınızdakı insanlar rahat ünsiyyət və istirahətinizə mane ola bilərlər. Güzəştə gedin, aqressiv davranmayın.

Səbriniz tükənsə belə, soyuqqanlı olun.

Ailə üzvlərinizə daha çox diqqət yetirin. Bu gün görüşəcəyiniz insanla təmas qurun. Şəxsi münasibətlərdə tərəfdaşın təşəbbüsünə güvənin, hadisələrin axarına sərt müdaxilə etməyin

Axşam saatlarında gəzintiyə çıxın. (Milli.Az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm