Günün ULDUZ FALI: həmkarlarınız məkrə əl atırlar
Qoç - konstruktiv və zəruri hesab etdiyiniz fəaliyyət sahəsində məhsuldar çalışmaq üçün səy göstərin. Mənasız, ikinci və hətta üçüncü dərəcəli işlərlə baş qatmayın.
Əyləncə, istirahət, ətalətli durum vaxtı deyil.
Günün ikinci yarısında işlərin istiqaməti və hadisələrin məcrası dəyişə bilər.
Şəxsi münasibətlərdə ifrat səmimiyyətin heç bir əsası yoxdur.
Buğa - yaşananlar planlarınız və gözləntilərinizlə üst-üstə düşməyə bilər. Hadisələrə aktiv müdaxilə edin. Fəal ünsiyyətdə olun, yaxın dostlar və qohumların problemlərinin həllində onlara yardım edin.
Problemləriniz və narazılıqlarınızla təkbaşına qalmayın.
Günü fayda ilə keçirin. Mənasız layihəyə və ya perspektivsiz işə qatılmayın.
Önəmli gözləntilərinzin olduğu insanla görüşü təxirə salın.
Axşam saatlarında təmaslar və ünsiyyət yorucu ola bilər.
Bir qədər tənha qalmaqda fayda var.
Əkizlər - enerji axını dağılır, hadisələrin məntiqi axarında problemlər yaranır. Emosional küy və maneələr çoxdur. Fikir dağılır, yaşananlara nəzarət çərçivəsində problemlər yaşanır.
Sakit, təmkinli, soyuqqanlı olun. Mühüm işə başlayıbsınızsa, hövsələli davranın.
Günün məcrasını nəzərə alın, fəsadlar və nəticələrlə qarşılaşacağınızı unutmayın.
Çalışdığınız yerdəki kollektivdə intriqa, emosional çalxantılar, qarşıdurmalar istisna deyil. Ev və pul məsələləri üstündə həmkarlarınız bir-birlərinə tələlər qurur, xəyanətlər edir, məkrə əl atırlar.
Emosiyalarınız çoxdursa, daha çox çalışın, qurun, yaradın.
Xərçəng - mühüm suallara cavab axtarışında tərəddüd varsa, nəyisə kökündən dəyişməyə tələsməyin. Yeniliklərdə maraqlı olan şəxslərin mənafelərini yerinə yetirməkdən boyun qaçırın.
Diqqətinizi yayındıra biləcək kiçik siqnalları qəbul edin, amma emosional davranmayın.
Qayğı, diqqət, səmimiyyət və həssaslığı unutmayın.
Risk etməyin, özünüzü həddən artıq yormayın.
Gərəkli məlumat və biliklərin axtarışı ilə məşğul olun. Əlaqə və təmasları bərpa edin.
Sizdən qayğı və diqqət gözləyən insanla danışın.
Şir - işdəki yüksək effektivlik imkan və resursların tükənməsinə səbəb ola bilər. Prioritetləri dəqiqləşdirin, işlər arasında ən mühümünü seçin, anlaşma və müqavilələrə əməl edin. Verdiyiniz sözləri və vədləri unutmayın.
Sifarişi yalnız sizə yaxşı pul ödənəcəyi təqdirdə qəbul edin.
Səhhətinizə fikir verin. Alış-verişdə qənaətli davranın.
Axşam saatlarında istirahət edin.
Şəxsi münasibətlərdə gərginlik varsa, müzakirə və üzbəüz söhbəti sabaha saxlayın. Sizə qarşı iddialar boş sözlər və emosiyalar deyil.
Harada səhvə yol verdiyinizi anlamağa çalışın.
Qız - başqalarının problemlərini həll etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanların işlərinə qarışmayın. Yardım istəyi olmadan kiməsə mütləq şəkildə dəstək olmağa can atmayın.
Əks təqdirdə yeni problemlər yaranacaq və onların həlli xeyli vaxt tələb edəcək.
Arzu edin, planlar qurun, qatılmaq istədiyiniz "oyun"un qaydalarını araşdırın. Durum dəyişir.
"Oyun" iştirakçılarının heyəti, sizin prioritet və məqsədləriniz də fərqli görüntülər alır.
Diqqətinizi yeni marağa yönəldə biləcək yeni tanışlıq mümkündür.
Maliyyə və ya maddi perspektivlərinizə faydalı əlavələr istisna deyil.
Axşam saatlarında gərginlik və yorğunluğa səbəb olmayacaq işlə məşğul olun.
Tərəzi - emosional situasiyada hansısa olay sonrakı məqamların ərəfəsi rolunu oynaya bilər. İrəliləməyə imkan verməyən əlaqə, hiss və ya emosiyalardan qurtulun.
Yaşadığınız situasiyanı qulaqardına vurmayın. Seçim qarşısındasınız. Konkretlik və müəyyənliyə ehtiyacınız var.
Asılılıq hissindən qurtulmağa çalışın. Maraqları dəyişmək, ətrafla qarşılıqlı əlaqələr çərçivəsini genişləndirmək üçün əlverişli zamandır.
Seçim prosesini sürətləndirə biləcək insanla görüş istisna deyil.
Əqrəb - mühüm işi reallaşdırmaq istəsəniz, təxirəsalmalar və təbəddülat günün yaşanacaq olaylarıdır.
Fikriniz mühüm işlərdən yayınmasın. Fantaziya və xülyalara qapılmayın, sayıq olun.
Real həyatda qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün əlinizdən gələni edin. Mühüm danışıq, görüş və ya müzakirəni təxirə salın.
Yaradıcılıq müstəsivisindəki məşğuliyyət sizi razı sala bilər. Amma o istiqamətdəki fəaliyyəti intensivləşdirməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - hadisələr sizdən asılı olmayaraq yaşanır, olaylar öz axarında gedir. Diqqətinizi önəmli, təxirəsalınmaz məsələyə yönəldin. Mürəkkəb təhlil və ya məsuliyyətli qərarlar tələb etməyən yeknəsək işlə məşğul olmağa üstünlük verin.
Əhəmiyyətli sənədlər, anlaşmalar və sövdələşmələri imzalamaq üçün əlverişli gün deyil.
İş yoldaşlarınız və ya tərəfdaşlarınızın təklifləri ilə ideyalarının perspektivləri yoxdur.
Lakin həmsöhbətiniz ciddi şəkildə nəyisə sübut etməyə çalışırsa, mənfi rəyinizi bildirməyə tələsməyin. İnciklik, anlaşılmazlıq, sözlərinizin yanlış anlaşılması ola bilər.
Ümidlər və planların puç olması qisas, hirs və ya aqressivlik yarada bilər.
Dolça - yaşananlara praktiklik və müvazinət müstəvisindən baxın. Yaşamın qarşınıza qoyduğu məsələlər çərçivəsində hərəkət edin. Borcunuzu yerinə yetirin, taleyin verdiyi şanslardan yararlanın.
Təlaşa düşməyin, hər işlə bir az məşğul olmayın. Başladığınız işi bitirin. Sabah işlərin sayı daha çox olacaq. Ona görə yaşamınızda mümkün qədər nizam və qayda yaradın.
İmkan varsa, alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin.
Oğlaq - yaşanan bəzi olaylara etiraz etməyin, situasiya ilə barışın. Uğursuzluq zolağı başlayıb. Alınanlar verilənlərdən daha çoxdur.
Öhdəliklərin nəzərə alınmaması səhhətinizə təsir edə bilər.
Yoluxucu infeksiyaya mübtəla olmaq riski var.
Günün ikinci yarısında çox işləməli olacaqsınız. Yaxınlarınızdan biri sizə öhdəliklərinizi xatırladacaq.
Borcu qaytarın, yardım istəyənə kömək edin. İndi böyük yeniliklər və dəyişikliklər ərəfəsindəsiniz. Əlaqə və ünsiyyət çevrəniz nə qədər geniş olarsa, perspektivlər o qədər maraqlı alınacaq.
Hər şey istədiyinizdən bir qədər fərqli alına bilər. Lakin əsas məsələ odur ki, məqsədə doğru usanmadan və qətiyyətlə addımlayın.
Balıqlar - fəaliyyətinizdə məhdudiyyətlər yoxdur. Emosional fon stabil deyil. Əhvalınızın dəyişməsi, səbəbsiz təşviş, depressiya, yaşananların bədbin çalarlarla qəbulu mümkündür.
Bütün diqqəti işə yönəldin. Daxili vəziyyətinizi təhlil etməyə başlamayın.
Qayğılar xüsusi diqqət tələb edir. Hər şeyi olduğu kimi saxlasanız, çat genişlənəcək və problemi aradan qaldırmaq üçün xüsusi səylər göstərmək gərəkəcək.
Yaşananları ciddi şəkildə təhlil edin. Alınan məlumatı diqqətlə araşdırın.
Bundan sonrakı addım və qərarlarınızın rəhnini hazırlayın. (Milli.Az)
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA