ABŞ generalından ŞOK SÖZLƏR: "Rusiya bir hücumda bizi..."
Bizi izləyin

ABŞ

ABŞ generalından ŞOK SÖZLƏR: "Rusiya bir hücumda bizi..."

"Rusiya ABŞ-dan güclü ölkədir. Onlarda olan silah-sursatın yarısı Amerikada yoxdur".

Publika.az xəbər verir ki, bu sözləri Amerikalı general ABŞ Strateji Qüvvələrin komandanı, Ordu Generalı Con Hyten, ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində 2019-ci il üçün Strateji Qüvvələr Komandanlığına ayrılan maliyyə büdcəsi haqqında danışarkən deyib.

O bildirib ki, ABŞ özünün nüvə silahı ehtiyatını xeyli artırmalıdır:

"Rusiyanın əlində aşağı təsirli nüvə silah atmaq üçün 11 platforma olduğu halda, ABŞ-ın isə yalnız bir təyyarəsi var. ABŞ nüvə silahı və aşağı təsirli nüvə qurğularının sayına görə Rusiyadan çox geridə qalır. Bunu artırmaq məqsədli zəruri tədbirlər görülməlidir".

ABŞ-ın nüvə vəziyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandıran general Hyten aşağı təsirli nüvə silahı platforması inşa etmək planının Rusiyadan asılılığını diqqətə çatdırıb. O bildirib ki, ABŞ Rusiyadan hər hansı təhdid hiss edərsə, bu platformanın inşasına başlanılacaq:

"Rusiya Prezidenti Vladimir Putin 2000-ci ildə ölkəsinin nüvə doktrinası haqqında danışarkən, "düşmənə qarşı qalib gəlmək üçün adi döyüşlərdə belə aşağı təsirli nüvə silahlarından istifadə etmək vacibdir" sözlərini işlətmişdi. 18 il əvvəl Prezident Putin Rusiya doktrinasının adi bir ssenaridə nüvə silahı üzərində olduğunu deyib. Bu günə qədər də bu ssenari davam etdirilir. ABŞ-ın isə bu mübarizəyə layiqli cavab verməsi üçün nüvə platformalarına çox ciddi ehtiyacı var".

General onu da əlavə edib ki, bu platforma Rusiya ilə bazarlıq üçün deyil, birbaşa ölkənin öz müdafiəsi üçün vacibdir. Rusiyanın hazırda 11 nüvə silahı platformasına sahib olduğunu xatırladan general bildirib ki, təhdidlərin aradan qalxması şərtilə sözügedən nüvə silahların hazırlanması planın təxirə sala bilərik:

"Biz nüvə silah platformaları barədə Rusiyadan çox geridəyik. Rusiyanın müxtəlif vaxt və yerlərdə istifadə edə biləcək 11 fərqli aşağı təsirli nüvə qurğusu var. Hazırda ABŞ-da bu, bir təyyarədən ibarətdir və gərək duyularsa, yalnız bir istiqamətdə istifadə edilə bilər. Təyyarə bu cür təhdidlərlə mübarizə aparmaq üçün düzgün yerlərə yerləşdirilmə üçün daha uyğundur. Ancaq bu təhdidlərlə tək mübarizə aparmaq bir o qədər də çətindir. Təyyarə qadağan olunan bir meydandan savaşaraq keçmək məcburiyyətində qalır".

General ölkəsinin Rusiya və Çinin hipersonik silahlarına qarşı müdafiəsiz olduğunu bəyan edib:

"ABŞ Rusiya ilə arasında imzalanmış sazişə əsasən az sayda aşağı təsirli nüvə silah istehsal edə bilər. Bir şərtlə ki, bu saziş qaydalarını keçməsin. Lakin ABŞ-ın sualtı gəmilərdən böyük nüvə silahlar yerinə, daha kiçik nüvə silahlarının daşınması üçün modernləşdirilməsinin vacibliyi də qaçınılmazdır. Biz hipersonik silahlarala mübarizədə acizik. Rusiya və Çin çox sürətli bir şəkildə hipersonik silahların inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirir. Bizim isə hələ də müdafiə silahlarımız kifayət qədər deyil. ABŞ bunu tez bir zamanda nəzərə almalıdır".

Eyni anda Rusiya və Çinin hipersonik silahlardan ABŞ-a qarşı istifadə etdiyi təqdirdə, ölkənin hansı vəziyyətlə qarşılaşacağı sualına isə general belə cavab verib:

"Bu məqamda ABŞ-ın necə cavab verəcəyini təxmin etmək çox çətindir. Bizim hazırkı müdafiə sistemimiz onları fikirlərindən daşındırmaq cəhdlərimizdir. Başqa heç nə. Bu silahların bizə qarşı istifadə edilməsi olduqca qorxuludur. Bizim onlara qarşı üç istiqamətdən də (hava, quru və dəniz yolu ilə) müdafiəmiz yetəri qədər güclü deyil".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm