Avropa
Məşhur müğənnini Avropaya buraxmırlar: bu sözlərinə görə... - FOTO

Xarkovdan olan rusdilli “Poşlaya Molla” qrupunun uzun illər Rusiya Federasiyasında yaşayıb-yaratmış “Bledny” kimi tanınan solisti Kirilo Timoşenkonun Avropa sərhəddini keçməsinə qadağa qoyulub.
Publika.az xəbər verir ki, sənətçi 10 il ərzində Avropa İttifaqı ölkələrinin heç birinə daxil ola bilməyəcək. Buna səbəb musiqiçinin polyak dili ilə bağlı kəskin açıqlamaları və Polşanın Rusiya imperiyası adlanan əraziyə qoşulması ilə bağlı guya “zarafat” etməsi olub.
Məlum olub ki, müğənninin bu cür sözlərin zarafat olması ilə bağlı açıqlaması ona kömək etməyib. Əvvəlcə onun Aİ-yə girişinə üç il qadağa qoyulub, sonra isə bu müddət 10 il uzadılıb. Rusiya mətbuatına verdiyi yeni müsahibədə “Bledny” Avropa İttifaqına daxil olmayan London şəhərinə köçməyi planlaşdırdığını bildirib.
Rusiya-Ukrayna müharibəsinin əvvəlində sənətçi Ukraynadan Polşaya qaçıb. O, orada çox qalmayıb və həmin ölkənin dili ilə bağlı qalmaqallı açıqlamalarından sonra müxtəlif ölkələrə köçməyə başlayıb. Daha sonra müğənni son vaxtlar yaşadığı İngiltərə və Gürcüstana viza alıb və tezliklə Londona köçməyi planlaşdırır. O, Ukrayna və Rusiyaya qayıtmaq istəmir.
Murad

-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı