ABŞ
Trampla Kim Çenin görüşünə daha bir ƏNGƏL: Hərəkat işə qarışdı
ABŞ prezidenti Donald Tramp ilə Şimali koreyalı həmkarı Kim Çen In arasında 12 iyun tarixində Sinqapurda baş tutacaq zirvə görüşünə daha bir əngəl çıxıb.
Publika.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, Şimali Koreya liderlərin Sinqapurda yerləşəcəkləri hotelin hesabını ödəmək istəmir.
Kim və onun heyəti Sinqapurda 5 ulduzlu “Fullerton” hotelində qalmağı üstün tutub. Hotelin VİP bölməsinin bir gecəsi isə 6000 dollardır. Ancaq Şimali Koreya hökuməti bu xərci ödəmək niyyətində deyil.
ABŞ dövlət katibinin sözçüsü Heter Nouret verdiyi açıqlamada bildirib ki, ölkəsi heç bir şəkildə Şimali Koreyanın xərclərini ödəməyəcək və bu xərcin üçüncü ölkə tərəfindən ödənməsinin də tərəfdarı deyil.
Bunun qarşılığında Sinqapur hökuməti hotelin xərclərini qarşılaya biləcəklərini ifadə edib. Böhran davam edərkən sürpriz bir şəkildə təklif gəlib. Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Nüvə Silahlarından Tamamilə İmtina Edilməsi Hərəkatı (İCAN) 2017-ci ildə qazandıqları sülh mükafatından əldə edilən 1,1 milyon dolların bir qismi ilə hotelin xərclərini ödəyə biləcəklərini açıqlayıb.
İCAN-ın üzvü Akira Kavasaki təkliflə bağlı bunları deyib: “Hətəkatımız nüvə silahlarından imtina etmək üçün fəaliyyət göstərir. Bu zirvənin nüvə silahından imtina etmək yolunda bir nəslin əldə edə biləcəyi ən yaxşı fürsət olduğuna inanırıq. Buna görə də Nobel pul mükafatını Koreya yarımadasında sülhü təmin etmək üçün xərcləməyə hazırıq”.
Zümrüd
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Sosial12:07
Əhməd Əhmədov cəzadan azad edildi - Video
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ