ABŞ dünyanı yeni silahlarla TƏHDİD ETDİ
Bizi izləyin

ABŞ

ABŞ dünyanı yeni silahlarla TƏHDİD ETDİ

“Ümid edirəm ki, Birləşmiş Ştatlara heç vaxt müasirləşdirilmiş silahlı qüvvələrindən istifadə etmək lazım olmayacaq”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Qərbi Virciniya statinda müstəqillik günü ilə bağlı ABŞ-ın Silahlı Qüvvələrinin təntənəli təbrikinə həsr olunmuş çıxışı zamanı bildirib.

“Biz ABŞ-ın təhlükəsizliyini bərpa edirik, böyük silahlı qüvvələrimizi bərpa edirik. Bu il (ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlanır – red.) hərbi qulluqçularımız üçün rekord məbləğdə - 700 milyard dollar müdafiə büdcə verdik. Növbəti il bu məbləğ 716 milyard dollar olacaq. Biz heç vaxt olmadığı kimi güclü ordu formalaşdırırıq. Və ümid edirəm ki, bu ordudan heç vaxt istifadə etmək lazım olmayacaq. Ümid edirik ki, heç vaxt hazırda yaradılan və dünyada ən yaxşı olan valehedici silahlardan istifadə etməyəcəyik” - Tramp deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm