Tramp Putinlə görüşə BU HEYƏTLƏ GEDƏCƏK - SİYAHI
Bizi izləyin

ABŞ

Tramp Putinlə görüşə BU HEYƏTLƏ GEDƏCƏK - SİYAHI

İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə bir araya gələcək ABŞ prezidenti Donald Trampı müşayiət edəcək heyətin tərkibi açıqlanıb.

Publika.az xəbər verir ki, heyətdə prezidentin həyat yoldaşı Melaniya Tramp, Ağ Evin mətbuat katibi Sara Sanders, milli təhlükəsizlik üzrə məsləhətçi Con Bolton, prezidentin siyasi müşaviri Stefan Miller, Ağ Evdə sosial şəbəkələrin direktoru Dan Skavino, Baş qərargah rəisi Con Kelli və başqaları yer alıb.

Donald Trampı əksər görüşlərdə müşayiət edən qızı İvanka Tramp və onun həyat yoldaşı, eyni zamanda prezidentin baş məsləhətçisi Cerard Kuşner bu zirvədə iştirak etməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Helsinki zirvəsində liderlər Suriya məsələsi də daxil olmaqla, gündəmdə olan bir çox problemləri hərtərəfli müzakirə edəcək.

Qeyd edək ki, Donald Tramp daha əvvəl görüşlə bağlı verdiyi açıqlamada həyatı boyu Putinlə görüşə hazırlaşdığını demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm