ABŞ
Trampı fakt qarşısında qoydular - Putinlə görüş LƏĞV EDİLƏ BİLƏR
Amerikalı senatorlar 2016- cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə irəli sürülən son ittihamları nəzərə alaraq prezident Donald Trampı Rusiya lideri Vladimir Putinlə görüşün məqsədəuyğunluğu haqqında fikirləşməyə və ya heç olmasa onunla daha sərt danışmağa çağırıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Senatda Demokratlar Partiyasının lideri Çak Şummer Trampı Putinlə görüşü ləğv etməyə çağırıb.
ABŞ Konresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitənin sədri, respublikaçı Edvard Roys hesab edir ki, Tramp iyulun 16-da Helsinkidə keçirilən görüşdə Putini fakt qarşısında qoymaq üçün bugünkü ittihamlardan istifadə etməlidir.
“Bizə lazımdır ki, Putin seçkiləyə müdaxilə, Ukraynaya təcavüz və Suriya prezidenti Bəşər Əsəd dəstək də daxil olmaqla, öz kursunu dəyişsin”, - o bildirib.
ABŞ Senatının kəşfiyyat komitəsinin başçısının müavini Mark Uorner isə qeyd edib ki, bugünkü ittihamları nəzərə alaraq Putinlə görüşün keçirildiyi otaqda başqa amerikalılar da olmalı, bu mümkün olmadığı halda, görüş ləğv edilməlidir.
Delaver Tom Karper bildirib ki, Tramp Putindən “dayanmağı” tələb etməlidir.
“Əgər bu olmayacaqsa, görüşü ləğv etmək lazımdır”, - o yekunlaşdırıb.
Xatırldadaq ki, bu gün ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma çərçivəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 12 əməkdaşına qarşı yeni ittihamlar irəli sürüb. Ədliyyə Nazirliyi tərəfindən yayılmış mətndə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-ın Demokratlar Partiyasının kompüter şəbəkəsinə haker hücumlarda ittiham edilir. Sənədə əsasən, onlar məxfi informasiyanı qanunsuz alır və onu elan edirdilər.
Qeyd edək ki, daha əvvəl Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller 13 rusiyalı və Rusiyadan olan üç şirkətə analoji ittihamları təqdim edib.
Hazırda Rusiyanın seçkilərə ehtimal edilən müdaxilə üzrə iş həm xüsusi prokuror, həm də ABŞ Senatı və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində araşdırılır. Rusiyanın seçkilərə müdaxiləsi və prezident Donald Trampın Rusiya ilə ehtimal edilən əlaqələri həm Ağ Evdə, həm də Kremldə təkzib edilir. Rusiya ittihamları sübutsuz adlandıraraq rədd edir.
Qeyd edək ki, iyulun 16-da Helkinkidə ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. QRU-nun əməkdaşlarına qarşı irəli sürülən ittihamlar görüş öncəsi ab-havaya mənfi təsir edə bilər.
Ömər
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO