ABŞ bu təşkilatdan çıxa bilməyəcək - Trampa QADAĞA GƏLİR
Bizi izləyin

ABŞ

ABŞ bu təşkilatdan çıxa bilməyəcək - Trampa QADAĞA GƏLİR

Amerikanın respublikaçı senatoru Con Makkeyn ABŞ prezidenti Donald Trampa NATO-dan çıxmağı qadağan etməyə qərar verib.

Publika.az xəbər verir ki, bu haqda “T-online” xəbərlər portalı bildirib.

Qeyd edilir ki, Makkeyn bir neçə senatorla birgə qanun layihəsini təqdim edib. Qanun layihəsi Senatın razılığı olmadan ABŞ-ın NATO-dan çıxışını qeyri-mümkün etməlidir.

Makkeynin fikrincə, Donald Tramp NATO üzrə müttəfiqləri ilə pis davranır. O əlavə edib ki, məhz NATO ABŞ-ı belə müvəffəqiyyətli və təhlükəsiz ölkə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Şimali Atlantika Müqaviləsinin beşinci maddəsiylə nəzərdə tutulmuş NATO-ya üzv ölkələrin kollektiv müdafiəsinə ehtiyacına şübhə etdiyini seyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm