Rusiyaya növbəti ZƏRBƏ: ABŞ bir neçə həftəyə…
Bizi izləyin

ABŞ

Rusiyaya növbəti ZƏRBƏ: ABŞ bir neçə həftəyə…

ABŞ bir neçə həftəyə “Şimal axını-2” qaz kəməri layihəsinin iştirakçılarına qarşı sanksiyaları elan edə bilər.

Publika.az xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti yazıb.

Nəşr xatırladır ki, layihə Rusiyanın “Qazprom” şirkəti və onun Avropadan olan partnyorları “Royal Dutch Shell PLC”, “Wintershall AG”, “Uniper SE”, “OMVAG” və “Engie SA” şirkətləri tərəfindən həyata keçirilir. Qeyd edilir ki, Amerika hakimiyyəti layihənin icrasını dayandırmaq üçün cəhdlər edib, ancaq bütün ölçülər müvəffəqiyyətsiz olub.

Qeyd edək ki, dəyəri 9,5 milyard dollar ətrafında olması gözlənilən "Şimal axını- 2" layihəsi ilə ildə 55 milyard kubmetr rus qazının Baltik dənizi üzərindən Almaniyaya daşınması planlaşdırılır. Layihəsinin əsası bu ilin aprelində Almaniyada qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm