Trampın BAŞI DƏRDDƏ - Keçmiş vəkili ittihamları qəbul etdi
Bizi izləyin

ABŞ

Trampın BAŞI DƏRDDƏ - Keçmiş vəkili ittihamları qəbul etdi

Trampın keçmiş vəkili Maykl Koen gözlənilməz addım ataraq Trampı pis vəziyyətdə qoyub. Belə ki, Federal Təhlükəsizlik Bürosu (FBI) ilə razılığa gələn M.Koen D.Trampın seçki kampaniyası zamanı etdiyi bütün fırıldaqları etiraf edib.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen vergidən yayınma və maliyyə qurumlarına yalan bəyanat verdiyinə, eləcə də seçki kampaniyasının maliyyələşdirməsində qanunsuz yollara əl atdığına dair haqqında irəli sürülən bütün ittihamları qəbul edərək Nyu-Yorkda FBI rəsmilərinə təslim olub. M.Koenin günortadan sonra məhkəməyə çıxarılacağı bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, keçmiş vəkil 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı prezidentliyə namizəd Donald Trampın kampaniyası zamanı ittihamlarda razılığa gələrək əlbir iş gördüklərini etiraf edib.

FBİ rəsmiləri ilə uzlaşma əldə edən Koen vergidən yayınma ilə bərabər, kampaniya büdcəsinin saxtalaşdırıldığına dair 8 fərqli ittihamı qəbul etdiyini yazılı şəkildə qeyd edib. M.Koen namizəd Donald Trampın lehinə "kampaniyanın maliyyə qaydalarını kobudca pozduğunu" deyib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm