ABŞ
Tramp: ABŞ və Türkiyə əla münasibətlər qura bilərlər
Amerikalı keşiş Endryu Bransonun azad olunmasından sonra Birləşmiş Ştatlar və Türkiyə əla münasibətlər qura bilərlər.
Publika.az xəbər verir ki, bunu şənbə günü Aş evdə Bransonla görüşdə ABŞ Prezidenti Donald Tramp söyləyib. “Biz indi Türkiyəyə tamamilə başqa cür yanaşırıq. Düşünürəm ki, bizim Türkiyəyə həqiqətən yaxın olmaq şansımız var”, - deyə ABŞ Prezidenti qeyd edib.
Donald Tramp görüşdəki çıxışında keşişin azad olunmasında göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Xatırladaq ki, oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu azadlığa buraxıb edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını götürüb. Keşiş elə həmin gün Türkiyəni tərk edib.
Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı. (Azərtac)
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ