ABŞ
Tramp son nöqtəni qoydu: "Mən Amerikada tək insanam ki..."
ABŞ prezidenti Donald Tramp Pentaqon əsgərlərinin Suriyadan geri çəkilməsi məsələsinə nöqtəni qoyub.
Publika.az xəbər verir ki, prezident bu qərarının yalan olduğunu iddia edənlərə, ənənəsinə sadiq qalaraq, tvitter hesabından cavab verib.
“Suriyadan və başqa yerlərdən hərbi qüvvələri geri çəkməklə bağlı kampaniya başlatmışam. Çəkilməyə başlayınca ya yalan xəbər mediası, ya da məndən öncə işinin öhdəsindən gələ bilməyən bacarıqsız generallar məndən və işə yarayan taktikalarımdan şikayət etməyi sevirlər. Sadəcə edəcəyimi söylədiyim şeyləri edirəm. Ancaq nəticələr olacağını söylədiyimdən daha yaxşı oldu. Sonu olmayan savaşlara qarşı da kampaniya başlatdım. Xatırlayın, Amerikada “qüvvələrimizi zəfərlə evə geri qaytarıram və pis media ilə başa çıxacağam” deyə biləcək tək insan mənəm”, – Tramp qeyd edib.
Qeyd edək ki, Donald Tramp Suriyada İŞİD-ə qarşı mübarizə aparan Pentaqon qüvvələrinin Amerikaya geri qayıtması haqqında qərar verib. Onun bu qərarı Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Fərat çayı və Münbiçdə terrorçulara qarşı hərbi hərəkat başlatmasından sonra verməsi diqqət çəkib. çünki sözügedən məkanlarda ABŞ-ın hərbi bazaları yerləşir və həmin terrorçuların bir qismini məhz ABş maliyyələşdirir.
Zümrüd
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO