Ərdoğan Trampa SÖZ VERDİ - YPG terror təşkilatı...
Bizi izləyin

ABŞ

Ərdoğan Trampa SÖZ VERDİ - YPG terror təşkilatı...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağına dair söz verib.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Yaxın Şərqə səfər öncəsi CNBC-yə açıqlama verən Pompeo ABŞ əsgərlərinin Suriyadan çıxmaq planının İŞİD terror təşkilatı ilə mübarizə və İranın bölgədəki təsirinin məhdudlaşdırılması strategiyasını dəyişdirmədiyini bildirib.

Qeyd edək ki, ABŞ Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində yerləşən terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən, oradakı müttəfiqi YPG təşkilatının taleyindən narahatdır.

Daha öncə Donald Tramp Suriyada İŞİD-in kökünü kəsdiklərini və buna görə amerikalı əsgərlərin evlərinə geri qayıdacaqlarını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm