ABŞ
Müsəlman deputata qarşı irqçi hücum - "Şəhid olması məni..."
ABŞ Konqresi Nümayəndələr Palatasının ilk qadın müsəlman üzvlərindən olan Fələstin əsilli Rəşidə Tlaib irqçi hücumlara məruz qalıb.
Publika.az xəbər verir ki, Florida ştatının təmsilçisi Anabella Lima-Taub onun haqqında “Konqresi havaya uçurması və şəhid olması məni təəccübləndirməz” sözlərini deyib.
Tvitter hesabından bu iddiaya cavab verən Rəşidə Tlaib “Bu nifrət tərkibli anti-müsəlman ifadələr öz-özünə ortaya çıxmır, prezident (Donald Tramp) bu fikirlərə sahib çıxdı və respublikaçılar da buna görə xoşbəxtdirlər” sözlərini yazıb.
Florida ştatının təmsilçisi etdiyi paylaşımı qısa müddət sonra silib. Lakin o, öz partiyası da daxil olmaqla, bir çox yerlərdən sərt reaksiya alıb.
Amerika-İslam Münasibətləri Şurasının Florida bürosu isə yazılı açıqlaması ilə Anabellanı istefaya səsləyib.
Zümrüd
-
İqtisadi gündəm15:30
Mərkəzi Bankdan MƏLUMAT: Avro ucuzlaşdı, dollar isə...
-
Sosial14:45
Prezidentin 5 il sonra yenidən eyni vəzifəyə təyin etdiyi Elbrus İsayev kimdir? - DOSYE
-
Sosial14:18
Bu ərazilərimizə leysan yağır - FAKTİKİ HAVA
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO