Məhkəmədən QADAĞA - Bu sualı vermək olmaz
Bizi izləyin

ABŞ

Məhkəmədən QADAĞA - Bu sualı vermək olmaz

Federal dairə hakimi Cessi Furman əhalinin siyahıya alınması zamanı vətəndaşlıq haqqında suala dair layihənin icrasının qarşısını alıb.

Publika.az xəbər verir ki, vətəndaşlıq haqqında sualın 2020-ci ildə əhalinin siyahıya alınması üzrə sorğu vərəqinə daxil olunmasını təklif edən bu layihə Tramp Administrasiyasınındır. Vətəndaşlıq haqqında məsələnin daxil edilməsi haqqında qərar 2020-ci ildə və sonrakı illərdə seçkilərin gedişinə xeyli təsir göstərə bilər.

Hələ ötən ilin aprelində Nyu-Yorkdan, digər ştat və şəhərlərdən, habelə bir sıra ictimai təşkilatlardan Tramp Administrasiyasının layihəsi əleyhinə şikayətlər daxil olub. İddiaçıların və layihənin digər tənqidçilərinin fikrincə, vətəndaşlıq haqqında sualın verilməsi qeyri-leqalları əhalinin siyahıya alınmasında iştirak etməkdən çəkindirəcək və bu da əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünə təsir göstərəcək. Bundan əlavə, siyahıyaalınmadan yayınma seçicilərin real sayının süni şəkildə azalmasına səbəb olacaq. Axı 2020-ci ildən sonra rəsmi hüquqlar və immiqrasiya statusu əldə edəcək şəxslərin adları ümumi məlumatlarda əks olunmayacaq.

ABŞ Ali Məhkəməsi federal hakimin qərarının apellyasiyasını nəzərdən keçirməyə hazırlaşır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm