Ağ Ev rəsmisi açıqladı: "Trampın qoşunları Suriyadan çəkməsi..."
Bizi izləyin

ABŞ

Ağ Ev rəsmisi açıqladı: "Trampın qoşunları Suriyadan çəkməsi..."

ABŞ prezidenti Donald Trampın Suriyadakı qoşunları geri çəkməsinə dair qərarında hər hansı dəyişiklik yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin adının gizli qalmasını istəyən rəsmisi CNN televiziyasına açıqlamasında deyib.

Bildirilib ki, proses yaxından izlənilir. Məsələnin yenidən gündəmə gəlməsinə səbəb isə Suriyanın Münbiç şəhərində amerikalı əsgərlərə qarşı bombalı hücumun hazırlanması hadisəsi olub. Qeyd edək ki, hadisə nəticəsində 14 nəfər həlak olub. Onlardan 4-ü amerikalı, 1-i PKK terrorçusu, qalanı isə dinc şəhər sakinidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm