ABŞ-da azərbaycanlını öldürən qatilin GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da azərbaycanlını öldürən qatilin GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

Amerika polisi 29 yaşlı azərbaycanlı Elçin Xəlilovun qətli haqqında iş üzrə axtarılan şübhəlinin fotosunu dərc edib.

Publika.az xəbər verir ki, bu haqda “WSOC-TV”nin saytında bildirilir.

Məlumata görə, cinayət hadisəsi ilə əlaqədar hələ heç kim həbs edilməyib.

Xatırladaq ki, yanvarın 14-də Elçin Xəlilov qətlə yetirilib. Naməlum şəxslər telefon təmiri və satışı ilə məşğul olan həmyerlimizin mağazasına hücum edərək onu odlu silahla vurublar.

Elçin Xalilov güllə yaralanması ilə xəstəxanaya çatdırılıb, amma artıq gec idi, orada onun ölümünü təsdiq ediblər.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm