Tramp: Böyük irəliləyişə nail olmuşuq
Bizi izləyin

ABŞ

Tramp: Böyük irəliləyişə nail olmuşuq

Amerika lideri Donald Tramp Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yon Çxol ilə görüşünü "çox yaxşı" adlandırıb.

Publika.az xəbər verir ki, “Report”un "RİA-Novosti"yə istinadən məlumatına görə, prezident bunu şənbə günü jurnalistlərlə söhbəti zamanı deyib.

"Biz böyük irəliləyişə nail olmuşuq", - deyə o bildirib.

Tramp Şimali Koreya lideri Kim Çen Inlə fevralın sonuna planlaşdırılan görüş üçün ölkənin müəyyən edildiyini və adının yaxın günlərdə açıqlanacağını söyləyib.

Qeyd edək ki, daha əvvəl Ağ Ev Trampın fevral ayının sonunda KXDR-dən olan həmkarı Kim Çen Inla görüşəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm