ABŞ-dan Venesuelaya daha bir HƏMLƏ - Şənbə günü saat 9-da...
Bizi izləyin

ABŞ

ABŞ-dan Venesuelaya daha bir HƏMLƏ - Şənbə günü saat 9-da...

ABŞ Venesuelada yaşanan böhrana görə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi təmsilçiyinin sosial media hesabından informasiya yayılıb.

Şənbə günü səhər saat 09:00-da keçiriləcək toplantıya dövlət katibi Mayk Pompeonun da qatılacağı gözlənilir.

Qeyd edək ki, Venesuela vətəndaş müharibəsi astanasındadır. Belə ki, qanuni prezident Nikolas Maduro Ali Məhkəmədə inaqurasiya mərasimi keçirdikdən sonra parlamentin spikeri, müxlaifət lideri Juan Quaydo da özünü müvəqqəti prezident elan edib. ABŞ başda olmaqla, bir çox dünya ölkələri müxalif lideri prezident kimi tanıyıb. Ötən gün müxalifətlə iqtidarın təşkil etdiyi mitinqlər ölkədə geniş ajiotaj yaradıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm