ABŞ
ABŞ-dan Rusiyaya müharibə xəbərdarlığı: "Biz hazırıq"
“Rusiyanın Venesueladakı hərbi varlığına cavab verməyə hazırıq”.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
Rusiya ilə Amerika arasında yeni bir gərginliyə yol açan Venesuela böhranı ilə bağlı danışan dövlət katibi bildirib ki, NATO xarici işlər nazirlərinin görüşündə rus əsgərlərinin Venesueladan çıxarılmasının zəruri olduğu müzakirə edilib.
“Biz bunu Rusiyanın dünya miqyasındakı cəhdləri kontekstində müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı pis niyyətli fəaliyyətini, Azov dənizindəki etdiklərini danışdıq. Hər hadisədə kollektiv bir cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün ABŞ və veriləcək cavab hazırdır”, - Pompeo bildirib.
Qeyd edək ki, daha əvvəl İspaniyanın xarici işlər naziri Yosef Borrel Vaşinqtonda keçirilən NATO xarici işlər nazirləri toplantısında ABŞ-ın rus əsgərlərinin Venesuelada olması məsələsini gündəmə gətirmək istədiyini bildirmiş, ancaq Venesuela məsələsinin NATO-nun problem olmadığını vurğulayaraq “Venesueladan danışmadıq” demişdi.
Zümrüd
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu