Obama Tramp haqqında serial çəkəcək
Bizi izləyin

ABŞ

Obama Tramp haqqında serial çəkəcək

Keçmiş amerikalı prezident Barak Obamaya məxsus olan Higher Ground Production şirkəti Maykl Lüisin “Beşinci Risk” adlı kitabının ekranlaşdırılacağını elan edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Varieti” yazıb.

Kitab Barak Obama və Donald Tramp administrasiyaları arasındakı keçid dövründən, hakimiyyətin təhvil-təslimindən bəhs edir. Kitabın motivləri əsasında çəkiləcək ekran əsəri bir növ Ağ Ev nümayəndələrindən götürülmüş müsahibələrin toplusu şəklində olacaq.

“Hekayələri hansı şəkildə danışmaq lazım gəldiyini göstərmək üçün “Higher Ground” şirkətini yaratdıq. İrqlər və siniflər, demokratiya və vətəndaş hüquqları kimi mövzulara toxunmaqla, hər bir ekran əsərinin təckə əyləncə olmayacağına, həm də hamımızı maarifləndirəcəyinə, birləşdirəcəyinə və ilhamlandıracağına inanırıq”, - deyə B.Obama bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm