ABŞ
S-400 qorxusunun ŞOK SƏBƏBİ: ABŞ Rusiyanın məxfi planını açdı
S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması F-35 beşinci nəsil Amerika qırıcıları üzrə proqram üçün çox zərərli effekti olacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun başçısının köməkçisi Ketrin Uilbarqer bildirib.
Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılması Rusiyaya bu təyyarə haqqında kəşfiyyat məlumatları toplamağa imkan verəcək. Pentaqon rəsmisi qeyd edib ki, S-400 komplekslərinin Türkiyəyə çatdırılması ABŞ üçün böyük çağırış təqdim edir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç F-35 qırıcılarının Türkiyədə S-400 komplekslərinin hədəf zonasından kənarda yerləşdiriləcəyini bildirib. Diplomat söyləyib ki, S-400 və F-35 ölkənin iki konkret rayonunda yerləşdiriləcək. Türk diplomatı diqqəti ona yönəldib ki, İsrailin F-35 qırıcıları Rusiyanın S-400 komplekslərinin olduğu Suriyanın hava məkanında uçurlar, ancaq bu, ABŞ-da suallara səbəb olmur.
“Amma Türkiyə zərbə deyil, hava hücumuna qarşı müdafiə sistemini yerləşdirməyə çalışanda problemlər yaranır”, - Kılıç qeyd edib.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksləri üzrə kredit razılaşması imzalayıb. Razılaşma ümumi dəyəri 2,5 milyard dollar olan 4 “S-400” divizionunun çatdırılmasını nəzərdə tutur. Tərəflər həmçinin, “S-400”-lərin istehsalının inkişafında texnologiya əməkdaşlıq haqqında razılaşıblar. ABŞ və NATO nümayəndələri bu sazişə görə Ankaranı dəfələrlə tənqid ediblər.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?