Dünya
Yeni il salatları bu qədər saxlanılmalı imiş...
Sağlamlığımıza pis təsir etməməsi üçün yeni ildə hazırladığımız salatların əslində neçə gün saxlanılmalı olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına dietoloq Yevgeni Arzamastsev məlumat verib.
Onun sözlərinə görə, çoxlu inqrediyentlərdən hazırlanan yemək tez xarab olur, ona görə də onu uzun müddət saxlamaq olmaz.
"Həmçinin salatlar mayonez, xama kimi souslarla hazırlanır. Buna görə saxlama ömrü daha da qısalır, çünki bu məhsullar mikroorqanizmlərin inkişafı üçün yaxşı mühit yaradır. Təbii ki, salatı soyuducuya qoya bilərsiniz. Ancaq bayram günü soyuducu açılır və bağlanır. Bu da saxlama ömrünü xeyli azaldır, çünki temperatur fərqi də əhəmiyyət kəsb edir”, - deyə dietoloq bildirib.
Mütəxəssis salatları yarım gün saxlamağı məsləhət görüb. Əks halda, hər saat və gün zəhərlənmə riskləri artır.
Roza
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki





































