F-35 ABŞ-ın QORXULU RÖYASINA çevrildi: Əgər Türkiyəyə verməsələr...
Bizi izləyin

ABŞ

F-35 ABŞ-ın QORXULU RÖYASINA çevrildi: Əgər Türkiyəyə verməsələr...

Türkiyə ABŞ-dan F-35 döyüş təyyarələrini təhvil ala bilməsə, Rusiya istehsalı olan qırıcıları arsenalına daxil edəcək.

Publika.az xəbər verir ki, bu iddia ABŞ-ın “Blumberq” agentliyi tərəfindən yayımlanıb.

Hərbi mənbələrdən agentliyə verilən xəbərə görə, ABŞ-ın F-35-ləri verməməsi təqdirində, Türkiyə öz döyüş təyyarələrini və ballistik raketlərini istehsal etməyə başlayacaq.

Mənbələr həmçinin bildirib ki, Türkiyə S-400 zenit raket kompleksinin ABŞ-ın “Patriot”larından daha üstün olduğunu düşünür və İstanbul, Ankara kimi əsas mərkəzləri bu sistemlərlə qorumağı planlaşdırır. Əlavə olaraq, ABŞ-dan gələ biləcək sanksiyalara qarşı ehtiyat hissələrin istehsalına da başlanacaq.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan hava hücumundan müdafiə kompleksi almasına görə, 1,5 milyard dəyərində F-35 təyyarələrini Ankaraya təhvil verməməyi düşünür. Türkiyə bu qırıcıların həm istehsalında iştirak edir, həm də alacağı təyyarələrin pulunu əvvəldən ödəyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm