ABŞ-ın bu addımı Avropanı AYAĞA QALDIRDI
Bizi izləyin

ABŞ

ABŞ-ın bu addımı Avropanı AYAĞA QALDIRDI

Avropa İttifaqı ABŞ-ın edama məhkum olunanların cəzasını reallaşdırmağa yenidən başlamasına şiddətli şəkildə qarşı çıxır.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası 2003-cü ildən bəri edam cəzası gerçəkləşdirməyən ABŞ-ın həm ölkədə, həm də dünyada ölüm hökmünü aradan qaldırmaq uğrunda cəhdləri yerlə yeksan etdiyini bildirir.

Komissiyanın açıqlamasında qeyd edilir ki, edam İnsan Hüquqları Bəyannaməsinə ziddir. Avropa İttifaqı daim bu cəzaya qarşı çıxacaq və dünyada ləğv olunması üçün işlərə davam edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ildəki prezident seçkilərindən öncə xüsusilə, narkotik şəbəkəçiləri və adam öldürən təşkilat üzvlərinin edam olunmasını istəyir. Demokratların bu qərara kəskin şəkildə qarşı çıxacaqları gözlənilir. Çünki demokratlar ölüm hökmünü federal qanunlar sırasından çıxarmaq istəyir.

Xatırladaq ki, ABŞ-ın 29 ştatında edam cəzası tətbiq edilir. Federal qanunlara görə, bu cəza "pentobarbital" adlı zəhərli inyeksiya ilə gerçəkləşdirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm