ABŞ rüşvət qalmaqalı ilə dünyanı silkələdi: "Bunu gətirirsən, milyonlarla dollar alırsan"
Bizi izləyin

ABŞ

ABŞ rüşvət qalmaqalı ilə dünyanı silkələdi: "Bunu gətirirsən, milyonlarla dollar alırsan"

İngiltərə ilə İran arasındakı tanker böhranın mərkəzinə çevrilən “Grace 1” (yeni adı ilə “Adrian Darya 1”) neft tankeri ilə bağlı şok mətləblər ortaya çıxıb.

Publika.az xəbər verir ki, tankerin təslim edilməsi üçün onun kapitanına külli miqdarda rüşvət təklif edilib.

“Financial Times” qəzetinin məlumatına görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi və Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun baş məsləhətçisi Brayan Huk öncə tankerin hindistanlı kapitanı Axileş Qumara onlayn məktub göndərib. Kapitanı “sizə yaxşı xəbərlərim var” sözləri ilə salamlayan Huk tankeri amerikalılara təslim edəcəyi təqdirində Tramp Administrasiyasının ona milyonlarla dollar verəcəyini deyib. Kapitanı saxtakarlıq olmadığına inandırması üçünsə Dövlət Departamentinə aid əlaqə nömrəsi də yazıb. Qumar isə bu məktubları ciddiyə almayıb. ABŞ da bundan sonra tankeri və onun kapitanını qara siyahıya salıb.

Qeyd edək ki, İngiltərənin nəzarətində olan Cəbəllütariq hökuməti İranın neft tankerini iyul ayında girov götürmüş, ABŞ-ın tələbi əsasında tanker avqust ayında sərbəst buraxılmışdı. Daha sonra ABŞ Ədliyyə Nazirliyi tankeri yenidən girov götürüb araşdırmalara başlamışdı.

ABŞ prezidenti Donald Tramp ötən gün İranın neft ixracatında istifadə etdiyi gəmiçilik şəbəkəsinə yeni sanksiyalar tətbiq etdiyini açıqlarkən bu şəbəkəni çökdürənə 15 milyon dollar mükafat verəcəyini də vəd etmişdi. “Adrian Darya 1” hazırda ABŞ-ın qara siyahısındadır.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif xəbərə tvitter hesabından belə reaksiya verib: “Quldurluğu bacara bilməyən ABŞ indi də şantaja baş vurur. Bizə İran neftini gətirsən, milyonlarla dollar alarsan, ya da sanksiyaya məruz qalarsan. Bir neçə həftə öncə aldığım Ağ Ev dəvətinə çox bənzəyir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm