Bundan sonra amerikalılar hamıdan çox əzab çəkəcək - 62 min əsgər...
Bizi izləyin

ABŞ

Bundan sonra amerikalılar hamıdan çox əzab çəkəcək - 62 min əsgər...

“Amerikalılar hamıdan daha çox əzab çəkəcək”.

Publika.az “Röyters”ə istinadən xəbər verir ki, bu sözləri Taliban hərəkatının mətbuat katibi Zəbihullah Mücahid deyib.

Mətbuat katibi buna səbəb olaraq ABŞ-ın Talibanla sülh görüşlərini dayandırmasını göstərib: “Bu qərar amerikalıların yaşayışlarının və digər varlıqlarının daha çox itkisinə səbəb olacaq. ABŞ gec-tez müzakirələrə geri qayıtmaq məcburiyyətində qalacaq. Bütün xarici qüvvələr Əfqanıstandan geri çəkilənə qədər savaşmağa davam edəcəyik”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə sülh ümidlərini müzakirə etmək üçün Əfqanıstanın prezidenti və Talibanın lideləri ilə görüşməyi planlaşdırdığını açıqlamışdı. Lakin Talibanın 2 NATO əsgəri də daxil olmaqla 12 nəfərin ölümünə səbəb olan hücumun məsuliyyətini üzərinə götürməsindən sonra ABŞ prezidenti fikrindən daşındığını bildirdi.

Xatırladaq ki, Əfqanıstan müharibəsində 1400-dən çox beynəlxalq koalisiya əsgəri, 62000-dən çox əfqan əsgəri, 2400-dən çox ABŞ əsgəri və minlərlə Talibançı, həmçinin minlərlə dinc sakin ölüb.

Hazırda Əfqanıstanda ABŞ-ın 14 minə yaxın əsgəri var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm