ABŞ
Tramp dünya liderlərinə çağırış etdi: Bundan imtina edin!
ABŞ Prezidenti Donald Tramp dünya liderlərini qloballaşma prosesindən imtina etməyə çağırıb.
Publika.az "Röyters" agentliyinə istinadla xəbər verir ki, BMT Baş Assambleyasında çıxış edən Birləşmiş Ştatların dövlət başçısı ölkələrin öz daxilində milliyyətçiliyi gücləndirməsi və qloballaşma prosesini rədd etməsinin vacibliyini bildirib. O əlavə edib ki, “müdrik liderlər öz xalqını və ölkələrini birinci yerə qoymalıdırlar”.
ABŞ Prezidenti daha sonra deyib: “Azad dünya milli zəmin üzərində inkişaf etməlidir. Bu amili silmək və ya başqası ilə əvəz etmək olmaz. Gələcək qlobalçılara deyil, vətənpərvərlərə məxsusdur”.
Donald Tramp Yaxın Şərqdə “təxribat törədən ölkələrə” qarşı sanksiyaların daha sərt olacağını da vurğulayıb. O, Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlarda İranı ittiham edib və bütün xalqları Tehranın təsirinin artmasına qarşı mübarizəyə çağırıb. D.Tramp İranın mərkəzi bankına qarşı da yeni sanksiyalar elan edib. O, həmçinin Çini də ticarətlə bağlı vədlərinə əməl etməməkdə günahlandırıb. ABŞ Prezidenti ümidvar olduğunu bildirib ki, Vaşinqton heç vaxt özünün güclü hərbi potensialından istifadə etməyəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR