Tramp: Bu, çevrilişdir
Bizi izləyin

ABŞ

Tramp: Bu, çevrilişdir

Hər gün daha çox başa düşürəm ki, baş verənlərin impiçment deyil, insanları, səslərini, azadlıqlarını ikinci düzəlişlərini əllərindən almağa yönəlmiş bir çevrilişdir.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün tvitterdəki səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Tramp və Zelenski arasındakı telefon danışığına dair məktubu açıqlayıb. Bundan sonra – sentyabrın 24-də Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib.

Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığı impiçment üçün əsas hesab edilir. Məktuba görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm