Türkiyə-Rusiya razılaşmasından sonra ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Fransa və İngiltərə...
Bizi izləyin

ABŞ

Türkiyə-Rusiya razılaşmasından sonra ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Fransa və İngiltərə...

Ötən gün Türkiyə və Rusiya liderlərinin Suriya məsələsində razılığa gəlməsindən sonra Qərb hərəkətə keçib.

Publika.az xəbər verir ki, ABŞ ordusunun baş qərargah rəisi Mark Milli fransalı həmkarı François Lekointre və ingiltərəli Sir Nikolas Kartr ilə Yaxın Şərq proseslərini telefonda müzakirə edib.

ABŞ baş qərargah rəisinin mətbuat katibi Dede Holfil müzakirə ilə bağlı açıqlamasında komandanların Yaxın Şərqdəki təhülkəsizlik atmosferini müzakirə etdiklərini bildirib.

Görüşün Türkiyə ilə Rusiya arasında Soçi memorandumundan sonra baş tutması diqqət çəkir.

Soçi memorandumuna görə, ABŞ-ın dəstəklədiyi YPG/PKK terror təşkilatı Türkiyə sərhədi boyunca 30 km cənuba çəkiləcək.

ABŞ-ın bölgədəki əsgərlərini çıxararkən Deyr-əz-Zordakı neft quyularının yerləşdiyi bölgədə 200-ə yaxın əsgərini saxlaması iddia olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm