ABŞ
ABŞ ordusu o ölkəyə girir - TRAMP QƏRAR VERDİ
ABŞ prezidenti Donald Tramp Suriyadakı neft sahələrinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatların keçirilməsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi informasiya yayıb.
Bildirilib ki, qərar, Trampın ötən həftənin cümə günü Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi toplantıdan sonra qəbul edilib. Qərara əsasən, yüzlərlə ABŞ əsgəri Deyr-əz-Zor və Haseke şəhərləri arasından uzanan YPG nəzarətindəki 150 km-lik bölgəyə yerləşdiriləcək.
Trampın qərarı İŞİD ilə mübarizəyə davam etmək, İranın bölgədəki nüfuzuna zərbə vurmaq və PKK/YPG ilə ortaqlığa davam etməyə görə Suriyada qalmağı müdafiə edən komandanlar üçün zəfər kimi dəyərləndirilib.
ABŞ Müdafiə Nazirliyi yeni xidmət üçün Suriyaya neçə əsgərin göndəriləcəyini açıqlamayıb. Lakin adını açıqlamayan rəsmilərdən biri 200-ü Suriyanın cənubundakı Əl Tanf qarnizonundan olmaqla, 800 əsgər göndəriləcəyini deyib.
Sadəcə bir neçə həftə əvvəl Suriyadakı ABŞ əsgərlərini geri çəkmək qərarı verən Trampın bölgəyə yenidən hərbi qüvvə göndərməsi üçün qanuni şərait tapmaqda çətinlik çəkdiyi bildirilir.
ABŞ əsgərlərinin İŞİD-lə mübarizə üçün Suriyaya göndərilməsinin qanuni təməli 11 sentyabr hadisələrindən sonra qəbul edilən “Hərbi Gücdən İstifadə Səlahiyyəti” qanunudur. Qanuna əsasən Amerika əsgərləri beynəlxalq terrorizmlə mübarizədə sərbəst şəkildə hərəkət edə bilər.
Hüquq mütəxəssisləri Trampın yeni missiyasını Suriya neftinin İŞİD-ə qarşı istifadə edilməsi məqsədilə yerləşdiriləcəyini söyləyir. Lakin neftin rejim qüvvələrinə və ya başqa bir gücə qarşı qorunması səlahiyyət çərçivəsinə daxil deyil.
“Hərbi Gücdən İstifadə Səlahiyyəti”nin Suriya kimi suveren dövlətə qarşı əsas kimi istifadə edilməsi üçün Konqresin təsdiqi tələb olunur.
Zümrüd
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."