ABŞ
ŞOK: ABŞ-da DÖVLƏT ÇEVRİLİŞİ başlandı - Əslində 2017-ci ildən bəri...
ABŞ prezident Donald Trampın imppiçment məsələsində açar rol alan agentin vəkili Mark Zaiddən danışır. “Fox News” kanalı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə dair yazdığı məktubla Donald Trampa qarşı impiçment işinin kibritini yandıran və şəxsiyyəti gizli saxlanılan agenti müdafiə edən vəkil Mark Zaidi gündəmə gətirib.
Publika.az xəbər verir ki, Zaidin 2017-ci ilin yanvar ayında Trampın Ədliyyə Nazirliyində işləyən Selli Yatesi vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra tvitterdə “çevriliş başladı. Bir çox addımdan ilki bu oldu. Üsyan və Trampın impiçmenti bunu izləyəcək” ifadələri xatırlanıb.
Donald Tramp isə Ukrayna məsələsinə görə başladılan impiçment mübahisələrini dövlət çevrilişi şəklində şərg etmiş və “dövlət çevrilişini dayandırın” (#StoptheCoup) etiketini tvitter hesabından paylaşmışdı.
2017-ci ildə seriyalı paylaşımlar
2017-ci ilin may ayında “Conson (1868), Nikson (1973), Klinton (1998) impiçmentləri. Növbəti Tramp (2017) olacaq” tvitini yazan Zaid iyun ayında yenə eyni yerdə “Bundan 45 il sonra Trampın impiçmenti ilə bağlı hekayələri xatırlayacağıq. Mən o zaman qocalmış olacam. Amma gözləməyə dəyər” mesajını yazıb.
Həmçinin, impiçment məsələsində CNN kanalının böyük rolu olacağını qeyd edib.
İmpiçment davam edərkən Zaidin ən diqqətçəkən tviti 6 noyabrda yazılıb: “Ondan (Trampdan) xilas olacağıq. Bu ölkə Tramp və dəstəkçilərinə rəğmən həyatda qala biləcək qədər güclüdür”.
Qeyd edək ki, Donald Tramp 2020 prezident seçkilərindəki rəqibi Co Baydenin oğlunun Ukraynada keçən həyatını araşdırmaq üçün Vladimir Zelenskiyə tapşırıq vermək və təzyiq göstərməkdə ittiham olunur.
Zümrüd
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO