ABŞ
Əfqanıstan müharibəsinin GERÇƏK ÜZÜ: 3 prezidentin yalanı belə ortaya çıxdı
ABŞ Əfqanıstandakı müharibə üçün 1 trilyon dollar xərcləyib.
Publika.az xəbər verir ki, bu, Əfqanıstanın Yenidənqurma üzrə Xüsusi Müfəttiş İdarəsinin (SİGAR) “Lessons Learned” (Öyrənilmiş dərslər) layihəsi çərçivəsində toplanan və 3 illik hüquqi prosesdən sonra “Vaşinqton Post” tərəfindən yayımlanan müsahibə mətnlərində yer alıb.
Məqalədə müharibə zamanı Əfqanıstanda xidmət edən 2 min 300 amerikalı əsgərin öldüyü, 20 mindən çoxunun yaralandığı qeyd olunub. Həmçinin, on minlərlə əfqanın müharibəyə qurban getdiyi bildirilib.
ABŞ-ın 18 ildir Əfqanıstana daxil olaraq törətdiyi müharibə haqqında səlahiyyətli şəxslərin verdiyi müsahibələr, onların ABŞ xalqına bitməyən savaş haqqında daim yalan söylədiyini ortaya qoyub. Belə ki, SIGAR-ın sədri Con Sopko “ABŞ xalqına daim yalan söyləyiblər” ifadələrini işlədib.
Sənədlərdə yer alan iki ayrı şəxsin iddiasına görə, amerikalı səlahiyyətli şəxslər müharibəni onların xeyrinə başa çatmış kimi göstərmək üçün statistikaları manipulyasiya edib. Sənədərdə ABŞ prezidenti Corc Buş, Barak Obama və Donald Trampın müharibədəki vəziyyəti şişirdərək xalqa çatdırdığı qeyd edilib.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi 2016-cı ildə verdiyi müsahibədə bu ifadələri işlədib: “Doğru ölçülər yaratmaq mümkün deyildi. Təlim görən əsgərlər, zorakılıq səviyyəsi, nəzarət edilən bölgələrə dair ölçü yaratmaq istədik. Amma heç biri vəziyyətin reallığını əks etdirmirdi. Ölçülər müharibə zamanı daim manipulyasiya edildi”.
Zümrüd
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR