SON DƏQİQƏ: "Müharibəni" bitirən imza - TARİXİ AN
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: "Müharibəni" bitirən imza - TARİXİ AN

“Ağ ev”də ABŞ prezidenti Donald Tramp və Çin Dövlət Şurası baş nazirinin müavini Lyu Xe arasında ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsinə dair razılaşma imzalanıb.

Publika.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, sazişin detalları hələlik açıqlanmır. Canlı yayımda çıxış edən Tramp bu razılaşmanı önəmli saziş kimi dəyərləndirib:

“Bu gün Çin ilə daha əvvəl atılmamış çox önəmli bir addım atdıq. Ticarət sazişinin 1-ci mərhələsinə dair sənədi imzalayırıq. Bu çox ciddi anlaşmadır. İkinci mərhələyə dair sazişin imzalanması üçün hazırlıqlar başlayıb”.

Tramp yaxın günlərdə Çinə səfər edəcəyini bəyan edib.

Qeyd edək ki, uzun müddətdir ABŞ və Çin arasında “ticarət müharibəsi” davam edirdir. Tərəflər idxal mallarına qarşılıqlı əlavə gömrük vergiləri tətbiq etmişdi.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm