Trampdan Davosda GÖZLƏNİLMƏZ ÇIXIŞ: 1 trilyon...
Bizi izləyin

ABŞ

Trampdan Davosda GÖZLƏNİLMƏZ ÇIXIŞ: 1 trilyon...

“Bu gün ABŞ-ın dünyanın daha əvvəl şahid olmadığı səviyyədə iqtisadi partlayışla işğal edilmiş vəziyyətdə olduğunu elan etməkdən qürur duyuram”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davos Ümumdünya İqtisadi Forumunun 50-ci zirvəsində səsləndirib.

Çıxışında rekord səviyyədə aşağı işsizlik rəqəmlərinə, bazar gəlirlərinə, Çinlə imzalanan razılaşmaya, Senatın təsdiqlədiyi ABŞ-Meksika-Kanada müqaviləsinə toxunan Tramp ölkəsində iqtisadi səviyyənin möhtəşəm olduğunu dilə gətirib: “Amerika böyüyür, zənginləşir, əvvəl olmadığı qədər qazanır”.

Donald Tramp həmçinin, Dünya İqtisadi Forumunun Yer kürəsində 1 trilyon ağacəkmə təşəbbüsünə qatılacaqlarını vurğulayıb.

Qeyd edək ki, Tramp əvvəlki çıxışlarında iqlim dəyişikliyinə inanmadığını bildirmiş və ABŞ-ı Paris İqlim Müqaviləsindən çıxarmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm