ABŞ
Hamilə qadınlara viza verilməsi şərtləri dəyişir - QƏRAR
ABŞ hamilə qadınlara viza verilməsi qaydalarını dəyişir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Donald Trampın Administrasiyası qərar qəbul edib.
Bildirilir ki, ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları hamilə qadınlardan viza verilməsi üçün müraciət qəbul edərkən onların səfərinin əsas məqsədinin nə olduğunu qiymətləndirəcəklər. Müraciət edənlərin ABŞ-a doğuşu həyata keçirmək üçün getmək istədiyi müəyyən edilərsə, həmin qadınların müraciətləri ABŞ-da tibbi yardım almaq istəyən əcnəbilərin müraciətləri ilə eyni şəkildə nəzərdən keçiriləcək. Bu hallarda viza üçün müraciət edən hamilə qadınlar ABŞ-da tibbi yardım almaq niyyətində olduqlarını sübut etməli, bu xidmətlərin ödənilməsi üçün kifayət qədər vəsaitə sahib olduğunu göstərməlidir.
Qərarın yanvarın 24-dən qüvvəyə minməsi gözlənilir.
Statistikaya əsasən, 2012-ci ildə 36 minə yaxın qadın ABŞ-a xüsusi olaraq bu ölkədə doğuş həyata keçirmək üçün gəlib və sonra ölkəni tərk edib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO